"Taxıl müqaviləsinin müddəti 120 gün uzadılıb".
Bunu Ukrayna prezidenti Vladimir Zelenski "Twitter"də yazıb.
“Taxıl müqaviləsinin müddəti 120 gün uzadılıb. Ukrayna Antonio Quterres və Tayyip Erdoğan ilə birlikdə ərzaq böhranı ilə qlobal mübarizədə əsas qərar qəbul edib. Biz tərəfdaşlarımızdan - BMT və Türkiyədən rəsmi açıqlama gözləyirik”, - deyə o, bildirib.
Mənbə: Kommersant