​Azərbaycanın məşhur aşığı VƏFAT ETDİ - FOTO

​Azərbaycanın məşhur aşığı VƏFAT ETDİ -
15:15 17.11.2022
210 Hadisə
A- A+

Aşıq Əlixan Niftəliyev dünyasını dəyişib.

O, 79 yaşında vəfat edib. Bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə bildirib.

Deputat feysbuk hesabında Əlixan Niftəliyevin fotosunu paylaşaraq onun vəfat etdiyini qeyd edib:

"Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad sənətkatımız Aşıq Əlixan Niftəliyev vəfat edib. Sənətkarın doğmalarına baş sağlığı verir, Ulu Tanrıdan səbr diləyirəm. Yeri cənnət olsun!".