Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ-ın nüvə silahından istifadə etməmək barədə razılığa gəldiyini bildirib.
Məlumata əsasən, o, bu xəbəri Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Sergey Narışkin və Mərkəzi Kəşfiyyat İdarəsi Uilyam Börns arasında noyabrın 14-də Ankarada baş tutan görüşdən sonra onun kəşfiyyat xidmətinin rəhbərindən alıb.
“Hazırda hər iki tərəf nüvə silahından istifadə etmək üçün heç bir cəhd etməyəcək. Onların tez-tez görüşməsini istəyirik və buna öz töhfəmizi verməyə hazırıq. Nüvə silahından istifadə, Allah eləməsin, yeni dünya müharibəsinin başlanmasına səbəb olacaq”, - deyə Ərdoğan bildirib.
Mənbə: Kommersant