​İlkay Gündoğandan transfer açıqlaması

​İlkay Gündoğandan transfer
23:50 17.11.2022
263 İdman
A- A+

"Mançester Siti"nin türk əsilli alman yarımmüdafiəçisi İlkay Gündoğan "Liverpul"a keçmə ehtimalını şərh edib.

32 yaşlı oyunçu deyib:

"Düşünürəm ki, mən bu ehtimalı istisna edə bilərəm. Bu komandanın baş məşqçisi Yurgen Kloppa nə qədər hörmət etdiyimi hamı bilir. Amma mən uzun illərdir “Mançester Siti”də oynayıram. "Siti"nin kapitanı kimi, rəqib kluba transfer olunmağı təsəvvür edə bilmirəm".

Qeyd edək ki, Gündoğan bu mövsümdə "Mançester Siti"nin heyətində 20 oyunda 2 qol vurub və 2 qolun ötürməsini verib.