​Əmtəə bazarlarında qızıl və gümüş cüzi bahalaşıb

​Əmtəə bazarlarında qızıl və gümüş cüzi
09:45 18.11.2022
A- A+

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,04% artaraq, 1 763,7 ABŞ dollarına bərabər olub.

Bu barədə birja məlumatlarında qeyd edilib.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,62% artaraq, 21,3 dollar təşkil edib.