Yaponiyada icazəsiz video paylaşma saytlarına film xülasəsini yükləyən 20 yaşlı iki şəxs 500 milyon yen (3,6 milyon dollar) təzminat ödəməyə məhkum edilib.
Məlumata əsasən, Shochiku, Toho və Toei kimi video istehsal şirkətləri məhkəmədə iddiaçı olub.
Məhkəmə şirkətlərin kompensasiya ilə bağlı bütün iddialarını qəbul edib. İki müttəhimdən ümumilikdə 500 milyon yen (3,6 milyon dollar) təzminat ödəməsi tələb edilib.
Məlumat üçün qeyd edək ki, 2020-ci ildə internetə təxminən 10 dəqiqəlik film xülasəsi yükləyən müttəhimlər ən azı 7 milyon yen reklam gəliri əldə ediblər.
Qeyd olunub ki, “Şin Qodzilla”, “Gedişlər” və “Soyuq balıq” da daxil olmaqla 50-dən çox beynəlxalq filmin xülasəsi internet dünyasında 10 milyondan çox baxış toplayıb.
Mənbə: Trt haber