​Azərbaycanda deputat vəfat edib

​Azərbaycanda deputat
11:30 18.11.2022
540 Ölkə
A- A+

Coğrafiyaçı alim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib.

O, 69 yaşında dünyasını dəyişib.

Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan Nazim Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı. Əsasən aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

3 övlad atası olan Nazim Bababəyli görkəmli coğrafiyaçı alim Səfərəli Babayevin oğlu, BDU-nun rektoru Elçin Babayevin qardaşıdır.