​Zaqatalada avtomobil velosipedçini vurub öldürdü

​Zaqatalada avtomobil velosipedçini vurub
13:35 18.11.2022
228 Hadisə
A- A+

Zaqatala rayonunda avtomobil velosipedçini vurub.

Sürücü, Zaqatala rayon sakini Elvin Ömərov idarə etdiyi VAZ - 2106 markalı avtomobillə velosipedçi, Muğanlı kənd sakini, 1972-ci il təvəllüdlü Səlim Əhmədovu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Zaqatala Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

Faktla bağlı polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.