​Tükürpədən görüntü: Qoyunlar 12 gündür bunu edir - ŞOK SƏBƏB / VİDEO

​Tükürpədən görüntü: Qoyunlar 12 gündür bunu edir -
13:38 18.11.2022
316 Maraqlı
A- A+

Çində baş verən hadisə sosial mediada gündəm olub.

Belə ki, Çinin Daxili Monqolustan Muxtar Rayonunun Baotou şəhərində onlarla qoyun saxlandıqları fermada təxminən 12 gün dairəvi formada bir-birilərini izləyərək dönüblər.

Məlumata əsasən, qoyunlar artıq dayanıblar və onların yorulmadan dairəvi formada dönmələrinin səbəbi məlum deyil. Hadisənin təfərrüatlarından danışan fermer bildirib ki, əvvəlcə bir neçə qoyun dönməyə başlayıb. Daha sonra digərləri də onlara qoşulub. Hadisənin digər qəribə tərəfi də odur ki, bəzi qoyunlar sürüdən kənarda qalaraq, dönməyib.

Məlumat üçün qeyd edək ki, "Listeria monocytogenes" bakteriyası ilə çirklənmiş qidaların istehlakı nəticəsində yaranan "Listeria" xəstəliyi heyvanların dövrə vurmasına səbəb olur. Baytarlar bu xəstəliyin xarab yem yeməklə əlaqəli olduğunu bildirirlər. Belə ki, xəstəliyə görə beyindəki iltihab bir dairədə dönmə davranışına səbəb olur. Hətta xəstəlik heyvanların insult keçirməsinə səbəb ola bilər.

Mənbə: Ensonhaber.com