​Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

​Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını
13:45 18.11.2022
208 İdman
A- A+

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” 5 oyunçu ilə yollarını ayırıb.

Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 5 əcnəbi yola salınıb. Bunlar Mikael Deon, Vitinyo, Vitao, David Qustavo və Sinesiodur. Adıçəkilən oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Azərbaycan çempionatında 6 turdan sonra 18 xalla turnir cədvəlinə başçılıq edir.