ABŞ-da Nyu-York Universitetinin rəhbərlik etdiyi bir araşdırmada, CPR ilə həyata qaytarılan hər beş nəfərdən birinin ölümə yaxın bir təcrübə yaşadığı bildirilib.
Belə ki, onlar insanın kəfən içində olarkən çöldə baş verən hər şeyi ağrısız izləyə biləcəyini qeyd ediblər.
Məlumata əsasən, iştirakçılar ağrı və narahatlıq yaşamadan bədəndən ayrılaraq ətrafda baş verənləri müşahidə etmək, başqalarına qarşı davranışlarını, niyyətlərini və düşüncələrini yenidən nəzərdən keçirmək kimi fərqli təcrübələr yaşayıblar.
Tədqiqatda alimlər təkcə iştirakçıların təcrübələrini deyil, eyni zamanda beyin dalğalarında baş verən dəyişiklikləri də tədqiq ediblər.
“Bu yadda qalan sınaqlar və beyin dalğalarında baş verən dəyişikliklər ölümə yaxın bir təcrübə kimi qəbul edilən hadisənin ilk əlamətləri ola bilər. İlk dəfədir ki, biz onları geniş miqyaslı araşdırırıq. Nəticələrimiz ölüm astanasında olan və komada olan insanların şüurlu daxili təcrübənin unikal keyfiyyətinə malik olduğuna dair sübutlar təqdim edir”, - tədqiqatın müəlliflərindən Sam Parnia deyib.
Mənbə: Haberler.com