​Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək - XİN

​Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək -
14:00 19.11.2022
226 Siyasət
A- A+

"Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək".

Bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.

"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.