Bəstəkar, yazıçı və “Qremmi” mükafatı laureatı Ned Rorem 99 yaşında vəfat edib.
Bu barədə “Boosey and Hawkes” nəşriyyatının saytında məlumat verilib.
Musiqiçi cümə günü axşam Nyu Yorkdakı evində dünyasını dəyişib. Nəşriyyatın məlumatına görə, Rorem həm də musiqi üzrə “Pulitser” mükafatçısı olub.