​İstanbuldakı terror aktına görə 3 Moldova vətəndaşı həbs edilib

​İstanbuldakı terror aktına görə 3 Moldova vətəndaşı
00:00 20.11.2022
237 Siyasət
A- A+

Moldovanın Xarici İşlər Nazirliyi İstanbuldakı terror aktına görə 3 Moldova vətəndaşının həbs edildiyini təsdiqləyib.

Nazirliyin sözçüsü Daniel Vode onların Bolqarıstanda həbs olunduğunu bildirib.

Moldovanın diplomatik missiyası hazırda saaxlanan şəxslərlə maraqlanır.

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayışda 6 nəfər ölüb, 81 nəfər xəsarət alıb.