​ABŞ-da qar 3 nəfərin ölümünə səbəb olub

​ABŞ-da qar 3 nəfərin ölümünə
09:00 20.11.2022
236 Dünya
A- A+

ABŞ-da mövsümün ilk qarı 3 nəfərin ölümünə səbəb olub.

Hadisə ölkənin şimalında Böyük Göllər diyarında baş verib.

Nyu-York ştatının qubernatoru bildirib ki, meteorologiya xidməti ilk qarla bağlı dəfələrlə səhv edib. Bu dəfə 1 fut əvəzinə 6 fut və ya 1,8 metr yağıntı düşüb. 2 nəfərin ölüm səbəbi qar təmizləmə zamanı ürəklərinin dayanmasıdır. Bir nəfər isə avtomobilin aşması nəticəsində həyatını itirib.