​Lənkəranda XI sinif şagirdi döyülüb, vəziyyəti orta-ağırdır

​Lənkəranda XI sinif şagirdi döyülüb,
10:50 21.11.2022
245 Hadisə
A- A+

Lənkəranda XI sinif şagirdi döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.

Mənbə: APA