​"Luqansk bölgəsində döyüşərək yavaş-yavaş irəliləyirik" - Zelenski

​
10:58 21.11.2022
235 Dünya
A- A+

Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Luqansk vilayətini Rusiya ordusundan geri almaq üçün yavaş-yavaş irəliləməyə davam etdiklərini bildirib.

O, bu barədə "telegram" hesabında paylaşdığı videomüraciətdə danışarkən, hazırda ən şiddətli toqquşmaların Donetsk cəbhəsində getdiyini qeyd edib.

"Luqansk bölgəsində döyüşərək yavaş-yavaş irəliləyirik. Səhərdən bəri Şərq cəbhəsində 400-ə yaxın bombardman olub", - deyə o, əlavə edib.

Zelenski Rusiyanın hava zərbələri nəticəsində zədələnmiş enerji infrastrukturlarında təmir işlərinin davam etdiyini və ölkənin 15 bölgəsində, xüsusilə də paytaxt Kiyevdə elektrik enerjisinin verilişində problemlər olduğunu bildirib.

Mənbə: Trt haber