İngiltərədə Yelizavetanın ölümündən sonra taxta çıxan III Çarlzın qərarı marağa səbəb olub.
Məlumata əsasən, o, “Foie gras” (yağlı qaz və ya ördək qaraciyəri) adlı fransız yeməyini menyudan çıxararaq, kral iqamətgahlarında, o cümlədən Bukingem sarayında istifadə etməyi qadağan edib.
Qərarın heyvanların hüquqlarını müdafiə etmək üçün verildiyi bildirilir.
Məlumat üçün qeyd edək ki, bu yeməyi hazırlamaq üçün qaz və ördəkləri dimdiklərindən borularla qidalandırırlar. Nəticədə onların ağciyərləri yağlanır və normal böyümədən 10 dəfə çox olur. Bu qidalanma üsulu ilə quşların boğazından aşağı salınan metal borular vasitəsilə hər gün 2 kiloqram taxıl onların mədələrinə vurulur və bu da quşların öldürülməmişdən əvvəl ciyərlərinin şişməsinə səbəb olur. Şişmiş qara ciyər digər orqanlara təzyiq edir və quşların nəfəs ala bilməməkdən əziyyət çəkməsinə səbəb olur.
Mənbə: Haberler.com