​Putin KTMT-nin İrəvan sammiti çərçivəsində Paşinyanla görüşəcək

​Putin KTMT-nin İrəvan sammiti çərçivəsində Paşinyanla
14:58 21.11.2022
208 Siyasət
A- A+

Rusiya prezidenti Vladimir Putin İrəvanda keçiriləcək KTMT sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırır.

Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov jurnalistlərin KTMT sammiti çərçivəsində Putin və Paşinyan arasında görüşün olub-olmayacağı ilə bağlı sualı cavablandırarkən deyib:

“Bəli, bu, əlbəttə ki, planlaşdırılır”.

Qeyd edək ki, görüş noyabrın 23-nə təyin edilib.

Mənbə: RİA novosti