Honq-Konq əsilli amerikalı aktyor və döyüş sənəti ustası Brüs Linin ölümü ilə bağlı yeni iddialar gündəmə gəlib.
Belə ki, onun həddindən artıq su içməkdən öldüyü iddia edilir.
"İndi ictimaiyyətə açıq olan məlumatların təhlilinə əsaslanaraq, ölümün səbəbinin hiponatremi səbəbiylə beyin ödemi olduğunu ehtimal edirik. Başqa sözlə, Brüs Linin böyrəyinin artıq suyu xaric edə bilməməsi nəticəsində öldüyünü ehtimal edirik", - tədqiqatçılar bildirib.
Məşhur aktyorun marixuana və su içdikdən az sonra baş ağrısı və başgicəllənmə keçirdiyi sənədləşdirilib. Daha sonra ağrıkəsici qəbul edib, lakin iki saatdan sonra reaksiya verməyib. Yarılma zamanı onun beyninin orta hesabla 1400 qramdan 1575 qrama qədər şişdiyi məlum olub.
Mənbə: Haber global