"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl dəhlizi razılaşmasının uzadılmasında mühüm rol oynadı".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
Madriddə Türkiyə, İsveç və Finlandiyanın üçtərəfli müqavilə imzaladığını xatırladan Stoltenberq Finlandiya və İsveçin öz öhdəliklərinə sadiq olduqlarını və bu iki ölkənin terrorla mübarizədə Türkiyə ilə yaxın əməkdaşlıq etdiyini bildirib.
Mənbə: Trt haber