​Gələn il Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı nəzərdə tutulur

​Gələn il Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı
16:25 21.11.2022
243 Sosial
A- A+

Gələn ildən Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı nəzərdə tutulur.

Bu barədə APA-nın sorğusuna cavab olaraq "Azər-Yod" MMC-nin ofis meneceri Zümrüd Məmmədova məlumat verib.

O bildirib ki, hazırda zavodda xırda kristal yod-xammal istehsal edilir.

"Dərman pereparatı olan 5%-li yodun istehsalı 2023-cü ilin I rübündə nəzərdə tutulur. Bunun üçün xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin ölkəni yodla təmin etməsi üçün mümkün olacaq" - deyə qeyd edilib.