​"Yalnız "planlı addımlar" kürdlərin terror aksiyalarını dayandıra bilər" - Ərdoğan

​
16:28 21.11.2022
196 Dünya
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, yalnız “planlı addımlar” kürdlərin terror aksiyalarını dayandıra və ölkənin təhlükəsizliyini qoruya bilər. 

Onun sözlərinə görə, ölkə 89 obyektin məhv edildiyi hava əməliyyatı ilə məhdudlaşmayacaq. Müdafiə Nazirliyi və Baş Qərargah quru əməliyyatının keçirilməsi məsələsi üzərində işləyir.

“Bu terror təşkilatlarının zərərsizləşdirilməsi, məhv edilməsi artıq təhlükəsizlik qüvvələrimizin vazkeçilməz vəzifəsidir. Və bu, təkcə hava kampaniyası ilə məhdudlaşmır. Bura nə qədər quru qoşunları cəlb olunmalı, bizim müvafiq bölmələrimiz, Müdafiə Nazirliyimiz və Baş Qərargahımız birlikdə qərar verir. Məsləhətləşmələr aparırıq və sonra müvafiq addımlar atırıq”, - deyə o, bildirib.

Mənbə: CNN türk