​Hikmət Hacıyev və İsrail XİN-in baş direktorunun telefon danışığı olub

​Hikmət Hacıyev və İsrail XİN-in baş direktorunun
17:30 21.11.2022
238 Siyasət
A- A+

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İsrail Xarici İşlər Nazirliyinin baş direktoru arasında telefon danışığı olub.

Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik "Twitter" hesabında bildirib.

Bu gün baş tutan telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib.

Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.