Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır.
Bunu ADA Universitetində keçirilən "Davamlı Sabah üçün Qadınlar" mövzusunda yüksək səviyyəli konfransda NATO Baş katibinin ictimai diplomatiya üzrə müşaviri Baiba Braze videoformatda çıxışı zamanı deyib.
"Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır. Bizim əlaqələrimizin tarixi 1992-ci ilə gedir. 1994-cü ildə Azərbaycan NATO-nun sülhməramlılar proqramına qoşuldu, Kosovaya göndərilən sülhməramlıların tərkibində təmsil olundu. Azərbaycan və NATO arasında qarşılıqlı anlaşma var və hər ikisi beynəlxalq təhlükəsizliyə qarşılıqlı töhfə verir", - NATO Baş katibinin müşaviri bildirib.
O, Azərbaycanın Ukraynaya humanitar yardımını qiymətləndirdiklərini vurğulayıb.