​Bakıda tikiləcək 3 yeni metro stansiyası barədə YENİ DETALLAR

​Bakıda tikiləcək 3 yeni metro stansiyası barədə
16:20 22.11.2022
190 Sosial
A- A+

Bakı metropoliteni Yaşıl xətt üzrə "Dərnəgül" stansiyasından "Koroğlu" stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb.

Bu barədə bu gün Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:

"Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur", - Baş mühəndis deyib.