​Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

​Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi
17:15 22.11.2022
217 İdman
A- A+

Azərbaycan kubokunda 1/4 finalın ilk cütü müəyyənləşib.

1/8 finaldan azad olan “Qarabağ”ın rəqibi müəyyənləşib.

Ölkə çempionunun rəqibi “Qəbələ” – “Araz Naxçıvan” qarşılaşmasında dəqiqləşib. Böyük hesabla qalib gələn “qırmızı-qaralar” Ağdam klubu ilə görüşəcək.

1/4 finalın ilk görüşləri dekabrın 8-9-da, cavab matçları 19-20-də baş tutacaq. “Qarabağ” - “Qəbələ” cütündə ilk oyun ağdamlıların meydanında təşkil olunacaq.

Qeyd edək ki, 1/4 finalın digər cütləri sabah dəqiqləşəcək.