​Türkiyədə güclü zəlzələ oldu: Onlarla yaralı var

​Türkiyədə güclü zəlzələ oldu: Onlarla
09:00 23.11.2022
262 Dünya
A- A+

Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ nəticəsində xəsarət alanların sayı 35-ə çatıb. Bu barədə səhiyyə naziri Fahrettin Koca sosial media hesablarında paylaşım edib. 

Xəsarət alanlardan birinin vəziyyəti ağır qimətləndirilir.