ABŞ İran hakimiyyətini İraq ərazisinə hücumlara görə onun ərazi bütövlüyünü pozmaqda ittiham edib.
Bu barədə ABŞ-ın Dövlət Departamenti sözçüsü Ned Prays açıqlama verib.
“Birləşmiş Ştatlar İraqın ərazi bütövlüyünün dəfələrlə və açıq şəkildə pozulmasını qətiyyətlə pisləyir, eyni zamanda İranı növbəti təhdid və zorakılıqdan çəkinməyə çağırır”, - deyə o bildirib.
Qeyd edək ki, noyabrın 21 və 22-də İran İraq Kürdüstanına raket zərbələri endirib.
Mənbə: Kommersant