​"Bu gün qadınla kişinin əmək haqqı arasında kifayət qədər fərq var" - Komitə sədri

​
11:55 23.11.2022
224 Sosial
A- A+

Bu gün qadın əmək haqqı ilə kişi əmək haqqı arasında kifayət qədər fərq var.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq" adlı 5-ci forumda çıxışı zamanı bildirib.

"Təxminən eyni vəzifədə çalışan 1 qadının aldığı əmək haqqı, kişinin əmək haqqının 80%-ni təşkil edir. İnkişaf etmiş ölkələrdə bu bir qədər çoxdur. Azərbaycanda isə bu rəqəm aşağıdır. Azərbaycanda qadının aldığı əmək haqqı kişinin aldığı əmək haqqının cəmi 63%-ni təşkil edir",- deyə komitə sədri bildirib.

Mənbə: APA