​Şəhid polkovnikin xanımı Bakıda bu məktəbə direktor təyin edildi

​Şəhid polkovnikin xanımı Bakıda bu məktəbə direktor
13:20 23.11.2022
233 Sosial
A- A+

Bakının 34 nömrəli tam orta məktəbinə (523 şagird yerlik) yeni direktor təyin olunub.

Təhsil nazirinin əmri ilə bu vəzifəyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi olmuş, Akademiyanın elmi işçisi Nəcibə Axundova təyin olunub.

N.Axundova, həmçinin 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

O, əvvəllər Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru işləyib.