​"Müharibənin onilliklər boyu davam etməsi riski var" - Mövlud Çavuşoğlu

​
10:58 24.11.2022
281 Dünya
A- A+

“Biz bunun döyüş meydanında hərbi uğurlarla bitəcəyini düşünmürük. Buna baxmayaraq, müharibənin onilliklər boyu davam etməsi riski var”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Bilkent Universitetində keçirilən konfrans zamanı deyib.

Çavuşoğlu hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi döyüş meydanında deyil, danışıqlarla yekunlaşacaq. 

Xatırladıb ki, mart ayında Rusiya və Ukrayna sülh sazişləri əldə etməyə yaxın idi. İndi o, “vəziyyət daha mürəkkəbdir” deyir. “Ancaq ümidi itirməmək lazımdır”, - deyə Çavuşoğlu əlavə edib.

Mənbə: İhlas Haber Ajansı (İHA)