​"Kiyevin 70%-i hələ də işıqsız qalıb" - Vitali Kliçko

​
11:48 24.11.2022
271 Dünya
A- A+

Kiyevin 70%-i hələ də işıqsız qalıb. Şəhərin sol sahilində suyun verilməsi bərpa olunub. Sağda isə bu gün, noyabrın 24-də səhər saatlarında bərpa olunacaq. 

Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko “Telegram” kanalında yazıb.

“Paytaxtın 70 faizi hələ də işıqsız qalıb. Energetiklər onu mümkün qədər tez geri qaytarmaq üçün əllərindən gələni edirlər. Bununla belə, onlar qeyd edirlər ki, bu, Ukraynanın enerji sistemində balansın bərpasından asılı olacaq, çünki Kiyev milli enerji sisteminin bir hissəsidir”, - deyə o, qeyd edib.

Mənbə: Kommersant