​Ucarda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

​Ucarda fərdi yaşayış evində yanğın olub,
16:20 24.11.2022
201 Hadisə
A- A+

Ucar rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Ucar rayonunun Təzə Şilyan kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.