​"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün işi davam etdirəcək" - Mariya Zaxarova

​
16:28 24.11.2022
216 Siyasət
A- A+

Rusiya Cənubi Qafqazda sülhün bərqərar olması maraqları naminə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək və regionda vəziyyətin gərginləşməsinə səbəb ola biləcək təxribat xarakterli ritorikadan çəkinməyə çağırır. 

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Moskva Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatlarının bütün müddəalarını, o cümlədən 2022-ci il oktyabrın 31-də Soçi sammitinin gücdən və ya hədə-qorxudan istifadə etməmək barədə razılaşmaları çərçivəsində olan müddəaları ciddi şəkildə yerinə yetirmək zərurətindən çıxış edir”, - deyə o bildirib.

Mənbə: Sputnik