​"Bu, Ukrayna üçün qışın dəhşətli başlanğıcıdır" - Yens Stoltenberq

​
15:58 25.11.2022
210 Dünya
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq qışın başlamasını Ukrayna üçün “dəhşətli” hesab edir. 

Onun sözlərinə görə, noyabrın 29-30-da Buxarestdə keçiriləcək görüşdə alyansa üzv ölkələrin xarici işlər nazirləri Kiyevə qış geyimləri, yanacaq və dərmanlar da daxil olmaqla “qeyri-öldürücü” yardımı artırmaq barədə qərar qəbul edəcəklər. 

Stoltenberq NATO-nun Ukrayna üçün qapılarının açıq qaldığını da vurğulayıb.

“Vəhşilik, şəhərlərə və mülki infrastruktura raket hücumları artır ki, bu da ukraynalıları istilikdən, işıqdan və yeməkdən məhrum edir. Bu, Ukrayna üçün qışın dəhşətli başlanğıcıdır... Biz hamımız bunun bədəlini ödəyirik” – Stoltenberq bildirib.

Mənbə: RİA novosti