“Təəssüflər olsun ki, Azərbaycanda dövlət səviyyəsində narkomaniya ilə mübarizə aparılsa da, istifadəçilərin sayı artır".
Bunu "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə İnsan Hüquqları üzrə Müvəkkil - Ombudsman Səbinə Əliyeva deyib.
O qeyd edib ki, qadınların arasında bu say olduqca çoxalıb: "Cəzaçəkmə müəssisələrinə baş çəkən zaman narkotiklə bağlı cinayətlərə görə saxlanılan qadın məhkumları görmək mənə çox pis təsir edir. Statistikaya görə, 2020-ci ildə ümumi 33788 nəfər narkotik istifadəsi kimi rəsmi qeydiyyatda olubsa, 2022-ci ildə bu rəqəm 34602 nəfərdir".