Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşü məmnunluqla xatırlayıb və ölkəmizin Brüssel sülh gündəliyinə sadiq olduğunu vurğulayıb.
Toivo Klaar da öz növbəsində Münhendə Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidentinin səmərəli görüşünü qeyd edib və Avropa İttifaqının da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə bundan sonra da öz töhfəsini verəcəyini deyib.
Görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
***
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistana səfər edib.
Bu barədə diplomat “Twitter“ hesabında paylaşım edib.
Diplomat səfər çərçivəsində bir sıra görüşlər keçirəcəyini bildirib.