Türkiyənin Malatya bölgəsində baş verən növbəti zəlzələ zamanı 1 nəfər ölüb, 69 nəfər yaralanıb.
Bu barədə AFAD rəhbəri Yunus Sezer məlumat yayıb.
Türkiyənin milli təhsil naziri Mahmut Özer isə bildirib ki, təbii fəlakət zamanı 22 bina dağılıb, beş nəfər dağıntılar altından çıxarılıb.
***
Türkiyənin Malatya şəhərində baş vermiş 5.6 bal gücündə zəlzələ nəticəsində dağıntılar olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Kahramanmaraş, Qaziantep, Adıyaman və Şanlıurfa kimi ətraf vilayətlərdə də hiss olunub.
Məlumata görə, axtarış-xilasetmə briqadaları zəlzələ bölgəsində fəaliyyətə başlayıb. Ata və qızının dağıntılar altında qaldığı bildirilir.
Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib ki, bu gün qeydə alınan zəlzələ nəticəsində iki nəfər xəsarət alıb. O, vətəndaşları zədəli binalardan uzaq olmadığı çağırıb.