Rusiyanın Belarusdakı 330 mln dollarlıq hərbi təyyarəsinə hücum edənlərin kimliyi və nə ilə hücum etdiyi bəlli olub.
Fevralın 26-da Belarusun "Maçulişçi" aerodromunda Rusiya Aerokosmik Qüvvələrinin A-50U AWACS təyyarəsinə hücum olub və nəticədə təyyarə ciddi xəsarət alıb.
“Belaruski Qayun” (Беларускі Гаюн) verdiyi xəbərə görə, A-50U AWACS təyyarəsi 2023-cü ilin yanvar 3-də Belarusa uçub və bu müddət ərzində 12 uçuş edib.
Ümumiyyətlə, Rusiyada cəmi 9 belə təyyarə var və onlardan yalnız 6-sı təkmilləşdirilib.
Rusiyaya məxsus A-50U hərbi təyyarəsinə Belarus diversantlar tərəfindən iki PUA vasitəsilə edilib.
Bildirilir ki, Belarus təhlükəsizlik qüvvələri təyyarənin vurulmasında istifadə edilən PUA-nın idarəetmə panelləri olan çantanı tapıb.
“Belsat”ın verdiyi xəbərə görə, təxribatı təşkil edən şəxslər ölkədən çıxmağı bacarıb: “Əməliyyatın iştirakçıları belaruslardır, “Peramoqa” planının iştirakçılarıdır, indi onlar ölkədən kənarda təhlükəsiz vəziyyətdədirlər”.
Onu da qeyd edək ki, Rusiya Maçulişçi aerodromundan Ukraynaya qarşı hücumda fəal şəkildə istifadə edir. Burada Rusiyaya məxsus “Kinjal” hipersəs raketlərini daşıyan MiQ-31K qırıcıları istifadə edilir.
Həmin aerodromdan təyyarələr havaya qalxandan enənədək Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığının elanı ilə müşayiət olunur. Uçuşlar tez-tez Rusiyanın A-50U erkən xəbərdarlıq təyyarəsinin səmaya qalxması ilə eyni vaxtda baş verir.