​Metroda PROBLEM - Sərnişinlər qatardan düşürüldü

​Metroda PROBLEM
16:36 28.02.2023
243 Toplum
A- A+

"Həzi Aslanov" - "Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında olarkən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb: "Nəticədə intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib".