​Vasif Talıbovun oğlu Dubayda - VİDEO

​Vasif Talıbovun oğlu Dubayda
10:58 01.03.2023
266 Toplum
A- A+
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu, deputat Seymur Talıbovun sosial şəbəkələrdə yeni görüntüləri yayılıb.

Modern.az xəbər verir ki, görüntülərin Dubayda çəkildiyi iddia olunur. Onun Dubaya nə vaxt getməsi və digər təfərrüatlar məlum deyil. 

Qeyd edək ki, bundan əvvəl onun Dubayda biznesinin olması barədə mətbuatda xəbərlər yayılmışdı.

Seymur Talıbov Ali Məclisdə fəaliyyət göstərən 44 deputatdan biridir. 1988-ci il təvəllüdlü S.Talıbov 2016-cı ildən Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru olub. O, ötən ilin dekabrında prorektor vəzifəsindən istefa verib.