​Prezident azad edilmiş ərazilərlə bağlı fərmana DƏYİŞİKLİK ETDİ

​Prezident azad edilmiş ərazilərlə bağlı fərmana
14:12 01.03.2023
226 Ölkə
A- A+
Prezident İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla “İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 mart tarixli 1304 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:

- 1.1-ci bəndə “tikinti” sözündən sonra “, yer təkinin geoloji öyrənilməsi və faydalı qazıntı yataqlarının istismarı, habelə faydalı qazıntıların çıxarılması ilə əlaqəli olmayan yeraltı qurğuların tikilməsi və istismarı” sözləri əlavə edilsin.

- 1.3-cü bəndə “tikinti” sözündən sonra “və faydalı qazıntı yataqlarının istismarı” sözləri əlavə edilsin.