​Gülşən 3 il müddətinə həbs oluna bilər

​Gülşən 3 il müddətinə həbs oluna bilər
15:30 01.03.2023
237 Maqazin
A- A+
Türkiyəli müğənni Gülşənin başı dərddədir. Konsertlərinin birində İmam Hatip məzunlarına qarşı dediyi “Əvvəllər İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir” sözlərinə görə ittiham olunan ifaçı həbs təhlükəsi ilə üzləşib.

Yenisabah.az “ Hüriyyət”ə istinadla xəbər verir ki, prokuror Gülşənin “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək” cinayətinə görə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Məşhur müğənni İstanbul 11-ci Ağır Cəza Məhkəməsində keçirilən iclasda iştirak etməyib. Onu vəkilləri təmsil edib. İmam Hatip tərəfdarları haqqında söylədiyi sözlərə görə 3 ilə qədər həbs cəzası gözlənilən Gülşənin işinə rəy verilib.