​Müğənni nazirə şikayət ETDİ - Rəqsanə ilə polkovnik arasında nə BAŞ VERİR?

​Müğənni nazirə şikayət ETDİ
16:30 01.03.2023
248 Maqazin
A- A+
Müğənni Rəqsanə İsmayılova daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova müraciət edib.

İfaçı videomüraciətində bildirib ki, Xəzər Rayon Polis İdarəsinin rəisi polis polkovniki Əli İbrahimovla 2015-ci ildən ev mübahisəsi yaşayır:

“Artıq 7 ildən çoxdur ki, o insan evimi mənimsəyib və geri qaytarmır”.

R. İsmayılova V. Eyvazovdan ona bu işdə köməklik göstərməsini xahiş edib.