Şəmkirin Abbaslı kəndində yanğın hadisəsi baş verib.
Bu gün səhər 10:30 radələrində Afət Bayramovaya məxsus fərdi yaşayış evində yanğın olub. Hadisə yerinə iki yanğın söndürmə briqadası cəlb olunub.
Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq 300 kvadratmetrlik evin iki otağı və tavanı yansa da, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.
Yanğının baş vermə səbəbləri isə aidiyyəti qurumlar tərəfindən araşdırılır.