​Pensiya yaşı ilə bağlı əhaliyə VACİB XƏBƏR - Bu şəxslər...

​Pensiya yaşı ilə bağlı əhaliyə VACİB XƏBƏR
12:32 09.03.2023
237 Sosial
A- A+
Qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı "Əmək pensiyaları haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi təklif edilib. Bu barədə ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.

Referans.az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov aztv-yə deyib ki, pensiya yaşının getdikcə artırılaraq 65-ə çatdırılması məqsədəuyğun deyil.

"Xanımların zərif cins olması nəzarə alınaraq 63 yaşda saxlanılması çox yaxşı təklifdir. Bunu uzatmaq bizim xanımlarımız üçün əlavə çətinliklər yaradar", - deyə deputat əlavə edib.