​Prokurorluq MƏLUMAT YAYDI - Tərtər sakini minaya düşdü

​Prokurorluq MƏLUMAT YAYDI
14:01 09.03.2023
224 Hadisə
A- A+
Bu gün Tərtərdə mina partlayışı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə məlumat daxil olub: "Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb". 

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir.