​44 saniyəyə 5 kiloqram qızıl oğurladılar - ANBAAN VİDEO

​44 saniyəyə 5 kiloqram qızıl oğurladılar
10:59 10.03.2023
218 Dünya
A- A+
Türkiyənin Tuzla rayonunda baş verən oğurluq hər kəsi təəccübləndirib.

SULH.İNFO.az  "Show TV"yə istinadən xəbər verir ki, avtomobillə rayonun Aydınlı məhəlləsinə gələn 4 naməlum şəxs qızıl dükanından oğurluq ediblər. 

Onlar 5 kiloqram zinət əşyası və 300 min lirə (26 900 AZN) götürərək dükandan qaçıblar.

Baş vermiş oğurluq hadisəsi təhlükəsizlik kamerası tərəfindən anbaan görüntülənib. Sözügedən şəxslərin qızılı və pulu cəmi 44 saniyəyə oğurladıqları məlum olub. 

Polis oğruların 3-nü həbs edib. 

SULH.İNFO.az  sözügedən görüntüləri təqdim edir: