​İdman Akademiyasında təqaüdlər 3 aydır gecikir - Səbəb AÇIQLANDI

​İdman Akademiyasında təqaüdlər 3 aydır gecikir
12:21 10.03.2023
475 Toplum
A- A+
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 3 aydır ki, təqaüdlər verilmir.

Bu haqda universitet tələbələri  bildirib. 

Tələbələr bildirir ki, onlar 3 aydır ki, təqaüdlərini ala bilmirlər.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının mətbuat xidməti ilə əlaqə saxladıq. 

Mətbuat xidmətindən AZXEBER.COM-a bildirildi ki, təqaüdlərin gecikməsi imtahan sessiyası ilə əlaqədardır:

"Fevralın 15-dən sessiya bitir, sessiya bitəndən sonra təqaüdlər təyin edilir. Fevralın 15-dən əvvəl təqaüdlərin verilməsi mümkün deyil, qayda-qanun var. Fevralın 15-dən sonra komissiya öz işini təhvil verir ki, hansı tələbələr hansı dərəcə təqaüdlərə düşəcək. Bu iş artıq yekunlaşmaq üzrədir. 

Bildirmək istəyirik ki, gələn həftənin 1-ci günü, yəni martın 13-ü yanvar ayının təqaüdləri tələbələrə veriləcək. Novruz bayramına qədər bütün təqaüdlərin ödənilməsi nəzərdə tutulur. Bu, həmişə belə olur. Sessiya vaxtı yubanmalar müşahidə olunur”.